İlham Zəkiyev mübarizəyə qələbə ilə başladı

14 May, 13:32

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (100 kq-dan artıq) IV İslam Həmrəyliyi Oyunları çərçivəsində mübarizəyə başlayıb.

VOİCEPRESS-in məlumatına görə, ilk tatamidə İ.Zəkiyevin rəqibi İran təmsilçisi Mousanezhadkarmozidi Ehsan olub. İ.Zəkiyev rəqibinə ipponla qalib gəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here