Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları İslam ölkələri arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək.
VOİCEPRESS-in məlumatına görə, bunu Pakistan nümayəndə heyətinin üzvü Zoreis Laşari deyib: “Oyunlar yüksək səviyyədə təşkil olunub. Açılış mərasimi əla idi və hər kəsdə xoş təəssürat yaratdı. Siz çox yaxşı işləmisiniz”.

Z.Laşarinin sözlərinə görə, pakistanlılar bu oyunların məhz Azərbaycanda keçirilməsini yüksək qiymətləndirirlər.
O, həmçinin qeyd edib ki, Bakı turizm məkanına çevrilməkdədir: “Mən 65 ölkədə olmuşam və əminliklə deyə bilərəm ki, Bakı dünyada ən təmiz şəhərdir”.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
VOİCEPRESS.AZ