Ermənistan əhalisi azalmaqda davam edir

2 May, 14:20

Ermənistan əhalisi 2017-ci il aprelin 1-i tarixi üçün 2 981,5 milyon nəfərdir.

VOİCEPRESS Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu göstərici 2016-cı ilin analoji dövrü ilə müqayisədə 12,9 min nəfər azdır.

Ermənistan Statistika Xidməti il ərzində təbii artımın 500 nəfər, ölkəni tərk edənlərin sayının isə 5,1 min nəfər olduğunu açıqlayıb. Doğum 6,5% azalıb, ölüm halları isə 3,8% artıb.

Evlənən cütlüklərin sayı da analoji dövrdə 3826-dan 3544-ə düşüb, boşananların sayı isə 851-dən 972-yə yüksəlib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here