Ərdoğanın Azərbaycana səfəri gözlənilir

2 May, 14:27

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycandan sonra ən böyük idmançı qrupu Türkiyədən qatılacaq.

VOİCEPRESS-in xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O, Türkiyə nümayəndə heyətinin 500-ə yaxın şəxsdən ibarət olacağını söyləyib: “Türkiyə bütün idman növlərində təmsil olunacaq. Ayın 5-də futbol komandamız Azərbaycana gələcək. Gənclər və idman nazirimizin gələn həftə Bakıya səfəri nəzərdə tutulub. Prezidentin gəlişi də düşünülür. Hələlik qəti bir şey yoxdur, planlaşdırma mərhələsindədir”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here