Aprelin 12-sində Türkiyənin tanınmış müğənnisi İbrahim Erkalın yaşadığı binanın avtodayanacağında huşsuz halda tapıldığı haqda məlumat vermişdik. Beyninə qan sızan müğənninin üzərində dərhal əməliyyat keçirilsə də, Erkalın sağlamlıq vəziyyətinin kritik olaraq qaldığı haqda xəstəxandan bir neçə dəfə açıqlama da verilmişdi.
VOİCEPRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İbrahim Erkalın müalicəsinin reallaşdırıldığı Ümraniye Təhsil və Araşdırma Xəstəxanasının baş həkimi Necdət Sağlam bildirib ki, müalicə nəticəsində sənətçinin qan-damar sistemində hərəkətlilik hiss oldub.

Ancaq beyninə qan sızan Erkalın beyin funksiyasında düzəlişin görülmədiyini deyən Sağlam bunları qeyd edib: “Xəstəmizdə beynin həyati funksiyaları baxımından düzəliş görülmür. Ancaq ürəyin fəaliyyəti ilə əlaqədar tənəffüs prosesi nəzarət altında saxlanılır. Xəstəmizin sıx nəzarət altında müalicəsi davam edir”.
VOİCEPRESS.AZ