Münaqişələrin qarşısının alınması istiqamətində preventiv tədbirlər görülməsinin vacibliyini vurğulayan nazir müavini qeyd edib ki, preventiv diplomatiyada standart yanaşma öyrənmə, təhlil, qiymətləndirmə, infrastruktur məsələləri və təzyiqlərdir. Onun sözlərinə görə, BMT bunun üçün regionlarla və regional ofislərlə əlaqədə olmalı, ofis və agentlikləri daha çox səfərbər etməlidir. Münaqişələrin həlli yolunu beynəlxalq tərəfdaşlıq və əməkdaşlıq əsasında tapmaq olar.
«ATƏT-in Minsk qrupu sanki məsələdən uzaqdır və indiyədək münaqişənin həlli istiqamətində heç bir konkret addım atmayıb. BMT də öz üzərinə məsuliyyət götürüb, amma münaqişənin həllinə təsir göstərə bilmir. Nyu-Yorkda oturub analizlər aparmaq yox, münaqişə regionları ilə sıx işləmək lazımdır. BMT Təhlükəsizlik Şurasının bununla bağlı dörd qətnaməsi var və orada münaqişənin həllinin yolları göstərilib. ATƏT-in Minsk qrupunun üzvləri bu sənədlər əsasında hərəkət etməlidir» – deyə, nazir müavini vurğulayıb.
VOİCEPRESS.AZ