“Bələdiyyələrə imkan yaradılmasa, yazılanlar elə kağızda qalacaq”

2 May, 13:39

Bu gün Milli Məclisdə “Turizm haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. VOİCEPRESS xəbər verir ki, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qanun layihəsi haqda məlumat verib.

Daha sonra isə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib.

Deputat Əli Məsimli da müzakirələrə qoşulub. O bildirib ki, qanun layihəsi beynəlxalq standartlara cavab verir. Ə.Məsimli bildirib ki, bəzi məsələlərə diqqət yetirmək lazımdır.

“Azərbaycanda Ümumi Daxili Məhsulun 4.5 faizi daxil turizmin payına düşür. İş yerlərinin isə 3 faizi. Biz turizmi bu sənəddə göstərilən kimi inkişaf etdirsək, əlavə iş yerləri açılacaq”-deyə Əli Məsimli qeyd edib.

Deputatın sözlərinə görə, bununla belə bəzi məsələlər daha da təkmilləşdirilməlidir. Onun fikrincə, Azərbaycan ekoloji təmiz məhsulların sayını çoxaltmalıdır.

“Bu sənəddə bələdiyyələrə də geniş yer verilib. Amma faktiki şəkildə bələdiyyələrə imkan yaradılmasa, yazılanlar elə kağız üzərində qalacaq”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here