Bakıda İslamiada çərçivəsində idman gimnastikası üzrə final yarışlarına start verildi

15 May, 12:53

Bakıda Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunları çərçivəsində müxtəlif qurğularda idman gimnastikası üzrə fərdi final yarışlarına start verilib.

VOİCEPRESS xəbər verir ki, bu gün keçirilən yarışlarda 10 dəst medal oynanılacaq.

Azərbaycanı kişi gimnastların yarışında Murad Ağarzayev, Bense Talas və Timur Bayramov, qadınların yarışında isə Marina Nekrasova, Yuliya İnşina və Yekaterina Tişkova təmsil edirlər.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here