Bakıda iki uşaq anası özünü 8-ci mərtəbədən atdı

29 May, 10:09

Bakıda intihar hadisəsi baş verib.

VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, Binəqədi rayonu, Fərman Məlikov küçəsi ev 1 ünvanında yaşayan, 1993-cü il təvəllüdlü Lamiyə Rafiq qızı Qəribova 17 mərtəbəli binanın 8-ci mərtəbəsindən özünü atıb. O, yerindəcə keçinib.

Özünə qəsdin dəqiq səbəbləri hələlik məlum deyil. L. Qəribova iki uşaq anasıdır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here