Azərbaycan-Rusiya sərhədində yerləşən Samur çayı üzərində yeni körpünün inşası ilə bağlı yük avtomobillərinin hərəkəti dayandırılmayacaq.
VOİCEPRESS-in şimal bürosu xəbər verir ki, yeni körpünün tikilməsinə bu ilin avqust ayında başlanılacağı planlaşdırılır. Yeni körpü tikilib istifadəyə verilənə qədər köhnə yol istifadədə qalacaq, bütün nəqliyyat vasitələri həmin yolla hərəkət edəcək.
Rusiyanın Yaraq Qazmalar gömrük keçid məntəqəsinin nümayəndələri ilə dəqiqləşdirdikdən sonra Xaçmaz gömrük idarəsinin Samur gömrük keçid məntəqəsindən belə məlumat verilib.
Yeni körpünün iki ölkənin mütəxəssislərinin razılaşdırılmış layihəsi əsasında Azərbaycan tərəfinin inşa edəcəyi bildirilir.
VOİCEPRESS.AZ