Türkiyə Rusiyadan S-400 zenit-raket sistemləri alacaq.
VOİCEPRESS -in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Nazir tərəflərin prinsipcə razılaşdığını vurğulayıb:
“Hazırda birgə istehsal, qiymət məsələlərini müzakirə edirik. Zenit-raket sistemlərini NATO ölkələrindən almaq istərdik. Amma bu məsələdə maraqlı olmadılar”.
VOİCEPRESS.AZ