Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 32 m2 olan mənzilin mətbəxinin yanar konstruksiyaları 12 m2 sahədə yanıb.
VOİCEPRESS FHN-ə istinadən xəbər verir ki, hadisə zamanı 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
VOİCEPRESS.AZ