Biləsuvarda “İslamda sosial ədalət və həmrəylik” mövzusunda maarifləndirici tədbir keçirildi

0
305898

Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Aprelin 14-də YAP Biləsuvar rayon təşkliatının akt zalında “İslamda sosial ədalət və həmrəylik” mövzusunda gənclərlə dəyidmi masa keçirildi.

VOİCEPRESS xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Zaur Şahbazov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininnin Şirvan bölgəsi bölgəsi üzrə şöbəsinin Biləsuvar nümayəndəsi Taleh Nuriyev iştirak etdilər.
Giriş nitqində Biləsuvar rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Mülazim Rzayev, Biləsuvar rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Zaur Şahbazov qeyd etdlər ki, bu gün dünyada islamofobiyanın baş alıb getdiyi bir dövrdə Prezident cənab İlham Əliyevin müdrikliklə 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi hər kəsə verilən bir mesaj rolunu oynayıb.
Mövzu ilə bağlı çıxış edən DQİDK-nin Şirvan bölgəsi üzrə şöbəsinin Biləsuvar nümayəndəsi Taleh Nuriyev tarixən çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycanda etnik və dini müxtəlifliyin ölkəmizin mili sərvəti kimi dəyərləndirildiyini qeyd etdi. İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycanın müsəlman ölkələri arasında vəhdətin yaradılmasında, İslam həmrəyliyi proseslərində öndə getməyə qadir olduğunu vurğuladı.
Tədbirin yekununda gəncləri maraqlandıran suallar cavablandırıldı, mövzu ilə əlaqədar maarifləndirici video nümayiş etdirildi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here