Şura üzvü layihələri maliyyələşən QHT-lərlə görüşəcək

0
314505

Aprelin 18-də Azərbaycan Respublikasının Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının konfrans zalında Şura üzvü Rufiz Qonaqlovla QHT-lərin görüşü keçiriləcək.
VOİCEPRESS xəbər verir ki, görüş 2017-ci ilin 1-ci Qrant müsabiqəsində İqtisadi və sosial sahələrin inkişafına dair ictimai təşəbbüslər, İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair təşəbbüslər, Aqrar sektorda və kiçik biznesdə əhalinin məşğulluğunun inkişaf etdirilməsi, bu sahədə sahibkarlığın stimullaşdırılması ilə bağlı hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi mövzuları üzrə maliyyələşən və digər arzu edən QHT-lərlə olacaq. Görüşdə layihələrin icrasının effektivliyinin artırılması və bir sıra vacib istiqamətində fikir mübadiləsi aparılacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here