Prezident İlham Əliyev “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Dəyişikliyə əsasən, sərəncamının 1-ci hissəsində “Tahir Budaqov – Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri” sözlərindən sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilir:
“İnam Kərimov – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri”.
VOİCEPRESS.AZ