“Milli Məclisin foyesində siqaret qadağan olunsun”

0
313787

Milli Məclisin deputatı İlham Əliyev parlamentin foyesində siqaret çəkilməsinin qadağan olunmasını təklif edib.

VOİCEPRESS xəbər verir ki, İ.Əliyev bu təklifi Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zaman səsləndirib.

O deyib ki, Prezident Administrasiyasında 10 ildən artıqdır siqaretin çəkilməsinə qadağa qoyulub: “Bir müddət orada işləmişəm. Ola bilər, kimsə gizlincə çəksin. Amma deyim ki, siqaretin çəkilməsi üçün yer nəzərdə tutulmayıb. Milli Məclisin foyesində də siqaret çəkilməsinə qadağa qoyulmasını təklif edirəm”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here