Aprel atəşkəsini imzlayan erməni general “Putin ittifaqı”nın başına gətirildi

14 Aprel, 14:57

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi postuna Ermənistan Milli Təhlükəsizlik Şurasının Baş katibi Yuri Xaçaturov təyin olunub.

VOİCEPRESS Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Baş katib postunu müvəqqəti icra edən Valeri Semerikov deyib.

“Yuri Qriqoryeviç Xaçaturovun KTMT-nın Baş katibi təyin olunması barədə yekdilliklə qərar verilib”.

Xatırladaq ki, Yuri Xaçaturov 2015-cı il aprelin 5-də Qarabağda döyüşlərin dayandırılması barədə müqaviləni imzalamışdı. O, həmin vaxt Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi postunu tuturdu.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here