Lavrov-Məmmədyarov-Nalbandyan Moskvada görüşdülər

28 Aprel, 15:58

Bu gün Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyanın işgüzar görüşü baş tutub.

Bu barədə VOİCEPRESS -ə diplomatik mənbədən məlumat verilib.

Görüş zamanı Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin davam etdirilməsi perspektivləri müzakirə olunub və 2016-cı ilin iyununda Sankt-Peterburq və Vyana sammitlərində əldə olunan razılaşmaların icra olunmasının vacibliyi vurğulanıb.

Nazirlər müzakirə olunan məsələlər barədə əlaqələri davam etdirmək barədə razılıq əldə ediblər. XİN rəhbərlərinin üçtərəfli görüşündən sonra nazirlər ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb və mövzu barədə fikir mübadiləsi aparıblar.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here