Hərbi ekspert bəzi KİV nümayəndələrinə od püskürdü

0
314230

Sözüm bəzi jurnalist həmkarlarıma və sosial şəbəkə istifadəçilərinədir. Nə olar bir az da bizi -peşəkar hərbi jurnalistləri və bu sahədən başı çıxan insanları eşidin də. Nə vaxta kimi biz erməni tərəfinin ustalıqla qurduqları “tələyə” düşəcəyik və bunun hansı acı nəticələr verəcəyinin fərqində olmayacağıq?

VOİCEPRESS
xəbər verir ki, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik- leytenant Üzeyir Cəfərov deyib. O, KİV nümayəndələri və sosial şəbəkə istifadəçilərinə çağırış edib: “3-4 gündür ki, bəzi sosial şəbəkə istifadəçiləri erməni tərəfinin məqsədyönlü şəkildə yaydığı bir videonu gah səhər, gah axşam öz səhifələrində yerləşdirməklə Azərbaycan Silahlı Qüvvələrini çətin vəziyyətə salırlar. Bu kadr bizə əslində zərərdən başqa heç nəyi vermir axı, ay əziz qardaşlarım və dostlarım. Görüntülərdə Azərbaycan snayperinin canlı yayıma çıxan ermənini başından vurulması haqqında danışılır. Ay kişilər, axı bu kadrda siz hansı əminliklə deyə bilərsiniz ki, onu bizim əsgər vurub? Bəlkə elə onu yanındakı əsgər yoldaşı vurub, yaxud da özü-özünü vuran an bu çəkiliş edilib? Və ümumiyyətlə erməni əsgər və ya zabitin bizim torpaqlarda cəhənnmə vasil olmaları faktı varsa da biz belə görüntülərlə özümüz özümüzü çətin vəziyyətə salmış oluruq. Sabah o yaramazlar onsuz da biz haqlı olduğumuz halda bizi hər addımda günahkar çıxarırlar, aləmə bar-bar bağıracaqlar ki, buyurun baxın, Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejimini pozur. Mən əsla demirəm ki, bu alçaqları bizim snayperlərimiz məhv etməsinlər. Əksinə istəyirəm ki, nə qədər belə hallar çox olarsa bir o qədər bizim üçün yaxşıdır. Amma bu görüntü əsgər və zabitlərimizin gördükləri lazımlı işlərə böyük kölgə salır. Mən onu da anlıyıram ki, bu görüntü düşmən tərəfdə bir vahimə yaradacaq şəkildə hansısa rol oynaya bilər. Amma, razılaşın ki, belə kadrları biz özümüz yaymaqla həm rəsmi dairələri, həm də ordumuzu çətin durumda saxlamış oluruq.
Ermənistan tərəfi bizim mətbuatı və sosial şəbəkələri daim izləyir və burada dərc edilən ən xırda şərh və faktları ustalıqla elə bizim öz əleyhimizə istifadə edirlər. Ona görə də, hörmətli həmkarlarım və dostlarım, gəlin bir qədər ehtiyatlı və diqqətli olaq. Bəzən bizə xeyrili görünə bilən bəzi təxribatlar, hansıları ki düşmən dövriyəyə buraxır, bunlar elə belə adi məsələlər kimi sizə görünməməlidir. Deməli çoxdan olan bir hadisəni indi dövriyəyə buraxırlarsa, onların xüsusi məqsədləri və məramları var”.

Tanrı Azərbaycan Silahlı Qüvvələrini qorusun!


Aysel isgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here