ABŞ Şimali Koreyanı vuracaq? – “Səbrimiz tükəndi”

0
313660

Şimali Koreya Xalq-Demokratik Respublikasında yeni qoşun növü olan Xüsusi Əməliyyatlar Qüvvələri (XƏQ) yaradılıb.

XƏQ döyüşçüləri aprelin 15-də Pxenyanda keçirilmiş hərbi paradda ilk dəfə iştirak ediblər.

VOİCEPRESS ABC-yə istinadən bildirir ki, rəsmi Pxenyan ABŞ-ın zərbələr endirəcəyi təqdirdə Birləşmiş Ştatlara qarşı “total savaş”a başlayacağını, habelə Cənubi Koreya və Yaponiyadakı şəhərlərlə hərbi obyektləri vuracağını bəyan edib.

Cənubi Koreyada rəsmi səfərdə olan ABŞ-ın vitse-prezidenti Maykl Pens isə bu gün Şimali Koreya ilə sərhəd rolunu oynayan Demilitarizasiya Zonasına (DMZ) baş çəkib.

KBS-in məlumatına görə, Pens deyib: “ABŞ prezidenti Donald Tramp və administrasiyası Şimali Koreya ilə bağlı “strateji səbr” siyasətini bundan sonra da davam etdirmək niyyətində deyil. Şimali Koreyanın raket-nüvə problemi ilə bağlı bu səbr tükəndi. ABŞ Koreya yarımadasında sülh və təhlükəsizliyi danışıqlar yolu ilə, dinc vasitələrlə təmin etmək fikrindədir. Lakin bütün hərəkət variantlarını, o cümlədən Şimali Koreyanın raket-nüvə proqramının obyektlərinə zərbələri də istisna etmirik. Məqsədimiz sadə və aydındır: Şimali Koreyanın nüvə proqramını dayandırması ilə kifayətlənən deyilik. Şimali Koreya bu proqramdan tam əl çəkməlidir”.

M.Pens daha sonra bildirib ki, Vaşinqtonun Seul qarşısında müttəfiqlik öhdəlikləri pozulmazdır və daimidir.

Onun sözlərinə görə, Koreya yarımadasındakı böhranın çözülməsi üçün Çinin daha çox işlər görəcəyinə ABŞ inanmaq istəyir”.

Bu gün Seulda Maykl Pens Cənubi Koreya prezidentinin səlahiyyətlərini icra edən Hvan Qe Anla da görüşəcək.

Görüşdən sonra birgə mətbuat konfrası keçiriləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here