Futbolçular döyüldü, oyun yarımçıq dayandırıldı – Video

0
314320

Fransanın “Lion” klubu növbəti dəfə qalmaqalla gündəmə gəlib. VOİCEPRESS xəbər verir ki, Fransa Liqasının XXXIII turunda keçirilən “Bastiya” – “Lion” matçı yarımçıq qalıb. Buna meydan sahibi azarkeşlərinin qonaq komandanın futbolçularına hücum çəkməsi səbəb olub.

Belə ki, qarşılaşmadan 50-yə yaxın “Bastiya” azarkeşi meydana daxil olaraq, öncə isinmə hərəkətləri edən “Lion” futbolçularına hücum edib. Təhlükəsizlik xidməti əməkdaşlarının müdaxiləsindən sonra ara bir qədər sakitləşib. Ancaq matçın fasiləsində stadion işçilərindən biri ilə “Lion”lu futbolçu dava edib. Nəticədə fanatlar növbəti dəfə meydana giriblər. Baş hakim Amauri Delerue isə matçı yarımçıq dayandırmaq qərarına gəlib. Hadisə ilə əlaqədar Fransa Futbol Federasiyasının sərt qərarlar qəbul edəcəyi gözlənilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here