Qazaxda əhalinin tibbi müayinəsi uğurla davam edir

0
313941

Prezident İlham Əliyevin təşəbbüsü ilə artıq bir neçə ildir ki, ölkəmizdə vətəndaşların pulsuz tibbi müayinəsi həyata keçirilir.
VOİCEPRESS
xəbər verir ki, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da bu vacib tədbirin mütəşəkkil keçirilməsi məqsədilə hazırlıq işləri aparılıb və tibbi personal bu işə cəlb olunub.
Fevral ayının 15-dən start götürən tibbi müayinə hazırda rayonda uğurla davam edir. Kəndlərdə və digər yerlərdə yataq xəstələrinə həkim briqadaları evlərdə tibbi xidmət göstərir, eyni zamanda rayonun cəbhə bölgəsində yerləşən kəndlərinə tam tərkibdə səyyar həkim briqadaları ezam olunur.
Rayonda 18 yaşdan yuxarı olan əhalinin sayı 70312 nəfərdir. Tibbi müayinə Müalicə Diaqnostika Mərkəzi ilə yanaşı, rayon üzrə iki daimi məntəqədə və bir səyyar briqada tərəfindən aparılır. Tibbi müayinə başlayan gündən aprelin 7-nə kimi rayonda 33884 nəfər tibbi müayinədən keçib. Rayonun 17 yaşayış məntəqəsində tibbi müayinə başa çatıb. Bununla yanaşı, artıq 31 təşkilatın kollektivi də müayinədən keçib. Müayinədən keçənlərin 495 nəfərinə ambulator müalicə təyin edilib, 130 nəfəri stasionar müalicəyə cəlb olunub. 55 nəfərdə cərrahiyə əməliyyatı aparılıb. 63 nəfəri isə əlavə ixtisaslı müayinədən keçmək üçün Bakı şəhərinə ixtisaslaşdırılmış xəstəxanalara göndərilib.
Hazırda rayonda əhalinin tibbi müayinəsi uğurla davam edir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here