DSX-nın mətbuat mərkləzindən VOİCEPRESS -ə verilən məlumata görə, mərasimin rəsmi hissəsində çıxış edənlər görkəmli akademik Zərifə xanım Əliyevanın keçdiyi zəngin və mənalı ömür yolundan, tibb elminin inkişafındakı misilsiz xidmətindən danışıblar. Zərifə xanım Əliyevanın övladları üçün qayğıkeş ana, Ulu Öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sadiq dostu, silahdaşı, ən ali insani keyfiyyətləri özündə birləşdirən ziyalı, fundamental elmi tədqiqatları ilə oftalmologiyanın inkişafına və dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim olması qeyd edilib.
Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi keçdiyi şərəfli həyat yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbi olduğu, yüksək daxili mədəniyyəti, elmə sədaqəti, gördüyü işlərlə qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağı xüsusi vurğulanıb.
Tədbirin sonunda “Heydər Əliyev. Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş etdirilib.
VOİCEPRESS.AZ