Bakının mərkəzində yaşayış binasında yanğın başlayıb.
VOİCEPRESS–in trend-ə istinadən verdiyi məlumata görə, yanğın paytaxtın Yasamal rayonu, Təbriz Xəlilbəyli küçəsində – “Mərkəzi Univermaq” Açıq Səhmdar Cəmiyyətinin (MUM) binasının yaxınlığında baş verib.
Hadisə yerinə 2 yanğınsöndürmə briqadası cəlb edilib. Hələlik alovun qarşısını ala bilməyiblər. Yanğın davam edir.
VOİCEPRESS.AZ