İlham Əliyev: Dağlıq Qarabağda qondarma “referendum”un keçirilməsi ilə Ermənistan özünü bir daha biabır etdi

0
313973

Dağlıq Qarabağda qondarma “referendum”un keçirilməsi ilə Ermənistan özünü bir daha biabır və ifşa etdi.

VOİCEPRESS xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlətimizin başçısı qeyd edib: “Mən bir dəfə demişəm və bir daha demək istəyirəm ki, onlar orada nə qədər çox qanunsuz “referendum” keçirsələr, bu, bir o qədər çox bizim xeyrimizə işləyir. Çünki bütün qonşu ölkələrimiz, Minsk qrupuna həmsədrlik edən ölkələr, Avropa İttifaqı və bir çox ölkələr dərhal bu “referendum”u pislədilər. Bəyan etdilər ki, bu “referendum”u tanımırlar və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.

İlham Əliyev əlavə edib ki, əslində, bu “referendum”un keçirilməsi ilə onlar bütün ölkələri bu həqiqəti bir daha təkrar etməyə sövq etdilər:

“Əlbəttə ki, bütün beynəlxalq aləm bu “referendum”u qəbul etməməklə bizim ərazi bütövlüyümüzə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsip əsasında həll edilməsinə öz dəstəyini göstərmiş oldu”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here