Azərbaycanlı futbolçu Rusiyada qəhrəmana çevrildi – VİDEO

0
314552

Matçda həll edici qolu azərbaycanlı futbolçu Aleksandr Samedov vurub

Rusiya Premyer Liqasının XXIII turunda çempionluq uğrunda mübarizə aparan “Spartak” və “Zenit” klubları üz-üzə gəlib. VOİCEPRESS-in məlumatına görə, Moksvada keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Matçda həll edici qolu azərbaycanlı futbolçu Aleksandr Samedov vurub.

Bununla da “qırmızı-ağlar” məğlubiyyətsiz oyunlar seriyasını 7-yə çatdırıblar. Mirça Luçeskunun baş məşqçi olduğu komanda isə son 4 oyunda ilk dəfə uduzub. Digər tərəfdən, “Spartak” 2013-cü il noyabrın 10-dan sonra ilk dəfə “Zenit”ə qalib gəlib.

Beləliklə, Premyer Liqada mövsümün sonuna 7 tur qalmış 54 xala malik “Spartak” ikinci pillədəki MOİK-lə xal fərqini 10-a çatdırıb. 3-cü pillədə olan “Zenit”in isə 43 xalı var.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here