Almaniya referendumdan “Evet” çıxmasına REAKSİYA VERDİ

0
313699

Almaniya Türkiyədə keçirilən referendumun nəticələrinə reaksiya verib. VOİCEPRESS-in məlumatına görə, Almaniyanın xarici işlər naziri Ziqmar Qabriyel bildirib ki, referendumun nəticələrinə görə düşüncəli yanaşmaq lazımdır.

“Nəticədən asılı olmayaraq, nəticədə türk xalqının səsverməsi idi. Biz soyuqqanlı olmalı və düşüncəli hərəkət etməliyik. Seçkiqabağı mübarizə isə bitdi, xatırladım ki, bu kampaniya Almaniyada da aparılırdı.”

Türkiyədə bu gün Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda bülletenlərin 99 faizi sayılıb. Seçicilərin 51.3 faizi Konstitusiya dəyişikliyinin lehinə, 48.6 faizi əleyhinə səs verib. Referendumda ölkə əhalisinin 84 faizi iştirak edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here