YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva martın 6-da Portuqaliyanın Azərbaycandakı Müvəqqəti işlər vəkili Mariya Lopes Kardosonu partiyanın mənzil qərargahında qəbul edib.
VOİCEPRESS xəbər verir ki, görüşdə Azərbaycan ilə Portuqaliya arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.
VOİCEPRESS.AZ