Fransada TƏTİL – 300 aviareys təxirə salınır

6 Mart, 13:22

Fransanın hava limanlarında elan olunmuş dörd günlük tətillə əlaqədar 300-ə yaxın reys təxirə salınacaq.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, tətil əsasən ölkənin cənubunda və qərbindəki hava limanlarına təsir edəcək.

Məlumatda qeyd olunur ki, təkcə bu gün ümumi uçuşların 4 faizi təxirə salınır.

“Air France” aviaşirkəti öz reyslərinin 20 faizini təxirə salıb. Tətilin ikinci günündə Nitsa və Marsel hava limanlarının uçuşları təxirə salacağı bildirilib.

Tətil martın 10-da başa çatdırılacaq. Həmin günədək Paris aeroportlarında da uçuşların təxirə salınacağı gözlənilir.

Qeyd edək ki, Fransanın Brest, Bordo və Eks-an-Provans hava limanlarının əməkdaşları tətil elan ediblər. Onlar iş saatlarının azaldılmasını və iş şərtlərinin yaxşılaşdırılmasını tələb edirlər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here