Özbəkistanda metro təqaüdçülər üçün pulsuz olacaq

10 Mart, 09:19

Martın 15-dən Özbəkistanda təqaüdçülər Daşkənddə metropolitendən ödənişsiz istifadə edəcəklər.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, ölkə Nazirlər Kabinetinin qərarına əsasən, bu, yalnız saat 10:00-dan 16:00-a qədər mümkün olacaq.

Metroda ödənişsiz istifadə etmək üçün təqaüdçülərin yalnız təqaüd kitabçasını metropoliten əməkdaşına təqdim etmələri yetərli olacaq.

Bundan sonra metopoliten əməkdaşı onlara xüsus jeton təqdim edəcək ki, təqaüdçülər həmin jetonla xüsusi ayrılmış turniketdən keçməklə metro xidmətindən istifadə edə biləcəklər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here