Milli Məclisin iclası başladı

10 Mart, 12:24

Bu gün Milli Məclisin iclası öz işinə başlayıb.
VOİCEPRESS-in məlumatına görə, iclasın gündəliyinə 8 məsələ daxildir.
Bunlar “Məktəbəqədər təhsil haqqında” (ikinci oxunuşda) qanun layihəsi, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Sərhəd Qoşunları haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Telekommunikasiya haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Reklam haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarına dəyişiklik layihələridir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here