Proqnoza görə, yuxarıda sadalanan kompüter texnikası növlərinin tədarük həcmi 2016-cı ildə 435 milyondan 2021-ci ildə 418,2 milyonadək azalacaq. Bunu nəzərə alaraq FK seqmentində orta illik artım tempinin mənfi 0.8% təşkil edəcəyi gözlənilir.
VOİCEPRESS ICTnews-a istinadən bildirir ki, araşdırmaya əsasən, 2016-2021-ci illərdə ənənəvi FK tədarükü 260,1-dən 252 milyonadək azalacaq. Beləliklə, bu seqment üzrə orta illik artım tempi mənfi 0.6% təşkil edəcək. Gözləntilərə görə, baxılan dövrün sonuna adi masaüstü sistem və noutbukların payı 2016-cı ildə 59.8%-ə qarşı 60,3% təşkil edəcək.
“IDC” analitik şirkətindən bildiriblər ki, adi planşetlərdən (yaxın illərdə tədarükü azalacaq və 2021-ci ildə 109,8 milyona düşəcək) fərqli olaraq, dəyişdirilə bilən klaviaturaya malik planşetlər seqmentində müsbət dinamika gözlənilir. Təxmin edilir ki, 2021-ci ildə klaviaturanın köməyi ilə noutbuka çevrilmək qabiliyyətinə malik planşetlər 2016-cı ildəki 5%-ə qarşı 13,4% bazar payına malik olacaqlar.
VOİCEPRESS.AZ






