Facebook intihara meylli insanları müəyyənləşdirəcək

4 Mart, 08:13

“Facebook” sosial şəbəkəsi intihara meylli insanları müəyyənləşdirməyə kömək edən yeni alqoritm hazırlayıb.

VOİCEPRESS lent.az-a istinadən xəbər verir ki, alqoritm süni intellektə əsaslanır.

Süni intellekt risk qrupundakı insanı müəyyənləşdirdikdən sonra ona ağır günləri keçirməyə kömək edən resurslar, eləcə də telefon nömrəsi tövsiyə edəcək.

Qeyd edək ki, sosial şəbəkənin rəhbəri Mark Zukerberq daha əvvəl bir neçə dəfə bəyan edib ki, “Facebook” mürəkkəb vəziyyətlə üzləşmiş insanlara yardım etməli və onların özlərinə zərər vermələrini əngəlləməlidir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here