Hakimlər tətil etdi – çempionat dayandı

11 Mart, 17:02

Meksika çempionatında 10-cu turun oyunları təxirə salınıb.

VOİCEPRESS qol.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Meksika Futbol Federasiyası yayıb. Səbəb hakimlərin tətil etməsidir.

Hakimlər onlara təzyiq göstərən futbolçuların düzgün şəkildə cəzalandırılmamasından narazıdır.

Son turda “Amerika”nın müdafiəçisi Pablo Aqilar və “Toluka”nın hücumçusu Enrike Triverio oyunun gedişində hakimə hücum ediblər. Onlar müqavfiq olaraq 10 və 7 oyunluq cəza alıb. Hakimlər bu cəzanın çox yüngül olduğunu bildirirlər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here