Habil Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

0
314347

Martın 15-də Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 36 nömrəli Uşaq Musiqi Məktəbi xalq artisti, “Şərəf” və “İstiqlal” ordenli, görkəmli kaman ustası Habil Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

VOİCEPRESS bildirir ki, Ə.Bədəlbəyli adına 11 illik 23 nömrəli Uşaq Musiqi Məktəbində təşkil olunmuş tədbirdə xalq artistləri Canəli Əkbərov, Fəxrəddin Dadaşov, əməkdar incəsənət xadimi Arif Əsədullayev, İdarənin baş məsləhətçisi Mehriban Qurbanova, uşaq musiqi məktəblərinin direktorları və başqa qonaqlar iştirak ediblər.

Ölməz sənətkar Habil Əliyevin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib. Məktəbin xanəndə şöbəsinin müəllim və şagirdləri Habil Əliyevin ifa etdiyi muğamları və onun bəstələdiyi mahnılar səsləndiriblər.

Sonda sənətkarın qızı Vəfa Əliyeva çıxış edərək tamaşaçılarla atasıyla bağlı xatirələrini bölüşüb və ailəsi adınan tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here