Ekspert: V Qlobal Bakı Forumu qlobal vəziyyətdə müsbət dəyişikliklərə yol açacaq

7 Mart, 23:11

Qarşıdan gələn V Qlobal Bakı Forumu əvvəlki forumlar kimi böyük uğurla keçəcək.

VOİCEPRESS xəbər verir ki, bunu trend-ə Macarıstanın keçmiş xarici siyasət baş müşaviri Levente Kozma deyib.

Onun sözlərinə görə, bu tədbir həmişə olduğu kimi siyasi xadimləri, alimləri, ekspertləri bir yerə toplayacaq və onlar günün vacib mövzularını, dünyada sabitlik və təhlükəsizlik məsələlərini müzakirə edəcək. Bu forum qlobal vəziyyətdə müsbət dəyişikliklərə yol açacaq.

Qeyd edək ki, “Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumu Diasporla İş Üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə martın 16-17-də keçiriləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here