Edvard Nalbandyan: “Azərbaycan təmas xəttində gərginliyi artırır, hərbçiləri qəhrəmanlaşdırır”

3 Mart, 12:38

Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda Azərbaycan ordusunun döyüş əzmi barədə qorxu dolu açıqlamalar səsləndirib.

VOİCEPRESS erməni mətbuatına istinadən bildirir ki, Ermənistan Xarici İşlər Nazirliyində diplomat günü münasibəti ilə çıxış edən Serj Sarkisyan Azərbaycandakı döyüş əhval-ruhiyyəsi barədə narahatlıqla danışıb.

“Azərbaycan təmas xəttində gərginliyi artırır, hərbçiləri qəhrəmanlaşdırır”,- deyə bildirən erməni lideri daha sonra diplomatlara ürək-dirək verib:

“Əgər Azərbaycan bu cür davam etsə və vəziyyəti müharibə səviyyəsinə qaldırsa, onda biz Dağlıq Qarabağ xalqının (??? – red.) təhlükəsizliyinin təmin edilməsi üçün əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik”.
Daha sonra erməni lider Ermənistan əsgərinin dözümündən-filan bəhs etməyə başlayıb. Başqa cür ola bilməzdi, hər halda Serj Sarkisyan erməni xalqının başına Qarabağ bəlasını açan üzdəniraq liderlərdən biridir. Bu problem son 25 il ərzində Ermənistan əhalisinin 3 dəfə azalaraq 1,4 milyona düşməsinə, 300-ə yaxın erməni kəndinin tam boşalmasına, 100 kəndin sökülərək xəritədən ləğv edilməsinə gətirib. Yəni bu faciələri arxa plana keçirmək üçün yenə qəhrəmanlıq odaları oxumalıdır.
Amma dünən irad edilmiş bu çıxışda bir məqam diqqəti cəlb edib: Erməni lider bəlkə də ilk dəfə idi ki, çıxışında “təmas xətti” sözünü işlədirdi. İndiyə kimi erməni siyasətçilər həmişə qoşunların təmas xətti anlayışını «sərhəd» kimi ifadə edirdilər, özlərini və erməni xalqını inandırmağa çalışırlar ki, Qarabağ məsələsi həll edilib və sərhədlər müəyyənləşib. 1990-cı illərin əvvəllərində bu əhval özünü göstərirdi.

Məsələn, Kəlbəcəri işğal etmiş Ermənistan hərbçiləri min ildir burada yanlışlıqla türklərin yaşadığını, artıq buralara erməniləri yerləşdirməyin vaxtı çatdığını iddia etməyə başlamışdılar. Yəni hətta supergüclərin riayət etdiyi Helsinki prinsiplərinə tüpürmüşdülər. Amma indi Sarkisyan janrı dəyişib. Bu da sadəcə qorxunun əlamətidir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here