Cəbhədə təxribat törətməyə cəhd edən Ermənistan ordusunun öldürülən hərbçisi mayordur.
VOİCEPRESS apa.tv-ə istinadən xəbər verir ki, erməni mətbuatı bunu gizlətsə də sosial şəbəkələrdə paylaşılan fotolardan bu aydın görünür.
Xatırladaq ki, martın 1-dən 2-nə keçən gecə düşmən tərəf təmas xəttində təxribat törətməyə cəhd edib. Azərbaycan Ordusunun adekvat tədbirləri nəticəsində qarşı tərəf itki verib. Ermənistan ordusunun zabiti – 1980-ci təvəllüdlü Nver Babacanyan öldürülüb.
VOİCEPRESS.AZ