Genetiklər əmindirlər ki, bütün bu zahiri dəyişikliklərin arxasında DSX adlanan gen dayanır. Erkəklərin DNT-sində o, həlqənin müxtəlif sahələrin 1000-dən artıq işinə görə cavabdehdir, dişilərdə isə bu, 250-dir. DSX geni özü-özlüyündə erkək əlamətlərinin dişilərdə, dişi əlamətlərinin isə erkəklərdə təsadüfən üzə çıxmasının qarşısını alır. Lakin tədqiqat zamanı məlum olub ki, məhz bu gen dişi və erkək böcəklərin minlərlə digər DNT-lərinin işinə nəzarət edir. Bu genlər böcəklərin inkişafının müxtəlif mərhələlərində işə qoşulur və demək olar ki, ömür boyu onların orqanizmlərində gedən prosesləri idarə edir.
Tədqiqatlar zamanı alimlər böçəyin DSX genini söndürüblər və nəticədə həm dişi, həm də erkək xüsusiyyətlərini birləşdirən “hermafrodit” alıblar. Bu genin quruluşunu dəyişdirmək və onu qadın genindən kişi geninə, yaxud da əksinə çevirmək mümkündür. Alimlər bildiriblər ki, analoji gen digər həşəratlarda da var. Onların analoqları isə daha mürəkkəb orqanizmlərdə, eyni zamanda məməlilərdə və ola bilsin insanlarda mövcuddur.
Hazırda alimlər DSX genini öyrənməyi davam etdirmək niyyətindədirlər. Onlar bu genin insanın rüşeyminin inkişafına necə təsir etdiyini öyrənməklə məşğuldurlar. Əgər hər şey yolunda getsə, DSX geninin funksiyasını dəyişməklə rüşeym halında olan insan dölünün cinsini dəyişdirmək mümkün olacaq. Alimlər bunu elm aləmində böyük inqilab hesab edirlər. Onların fikrincə, DSX geni doğulacaq uşağın məhz arzu edilən cinsdən olmasına şərait yaradacaq.
VOİCEPRESS.AZ