Arıqlamanı sürətləndirən 5 faydalı içki

0
314652

Yazda hər bir insan qış ərzində yığdığı kilolardan tez bir zamanda azad olmaq istəyir. Buna pəhrizdə müəyyən dəyişikliklər etməklə, fiziki hərəkətliliyini artırmaqla nail olmaq da mümkündür.
VOİCEPRESS bu işdə kömək edəcək 5 içkinin reseptini təqdim edir. Bu içkilər metabolik prosesləri sürətləndirərək arıqlamağa yardım edir.
Məhşur şassi suyu
2 l təmiz suya nazik doğranmış 1 ədəd qabıqlı limon və 1 ədəd xiyar, 1 çay qaşığı sürtgəcdən keçirilmiş təzə zənçəfil kökü, 5-6 nanə yarpaqları əlavə olunur, yaxşı qarışdırılır və səhərə qədər soyuducuda qalır.
Növbəti gün ərzində bu suyu içmək lazımdır. Axşam yenə Sassi suyu hazırlanır və növbəti gün istifadə olunur. Kurs 1-2 həftə davam edir.
Zəncəfilli çay
3-4 sm uzunluqda olan təzə zəncəfil kökü sürtgəcdən keçirilir, üzərinə 1 stəkan qaynar su tökülür, 30 dəqiqə dəmlənilir. Sonra süzülür və ilıq halda içilir. İçkiyə bir az bal əlavə edə bilərsiniz.
Yaşıl çay

Gün ərzində 3-4 fincan içmək olar.
Darçınlı qatıq
1 stəkan təzə qatığa 1/3 çay qaşığı üyüdülmüş darçın əlavə edin, qarışdırın və gün ərzində 1 dəfə yeməkdən əvvəl için.
Limonlu su
1 stəkan ilıq suya 1 ç.q. limon şirəsi əlavə olunur, yeməkdən əvvəl içilir.
Bütün bunları davamlı etsəniz tezliklə nəticəsini görəcəksiniz.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here