AFFA klubları cəzalandırdı

0
314730

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

VOİCEPRESS qafqazinfo-ya istinadən xəbər verir ki, qurum Premyer Liqanın son turu ilə bağlı aşağıdakı qərarları verib:

1. 19 mart 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının XXIII turunun “Zirə” – “Qarabağ” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

2. Həmin oyunun 66-cı dəqiqəsində “Zirə” klubunun 16 №-li futbolçusu Akeem Latifu ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

3. 17 mart 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIII turunun “Neftçi” – “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).

Qeyd edək ki, 18 mart 2017-ci il tariixndə XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIII turunun AZAL – “Qəbələ” matçında qonaqlar 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 400 manat cərimə olunub (maddə 40).

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here