Türkiyədə növbəti zəlzələ baş verib

7 Fevral, 09:13

Türkiyənin Çanaqqala vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.

VOİCEPRESS Türkiyə KİV-nə istinadən xəbər verir ki, yerli vaxtla saat 05:37-də baş verən zəlzələnin episentri Çanaqqala vilayətinin Ayvacık qəsəbəsində, ocağı isə 6,6 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Ötən gün Çanaqqala vilayətində 5,3 bal gücündə iki və 4,4 baladək gücdə bir neçə yeraltı təkan nəticəsində 11 kənddə 110 evə ziyan dəyib, 5 nəfər xəsarət alıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here