Millət vəkili: “Bakı heç bir zaman heç kimsənin quberniyası olmayacaq”

7 Fevral, 09:06

“Bakı heç bir zaman heç kimsənin quberniyası olmayacaq”

“Qazaxıstan yəqin ki onun qazax xalqı ilə bağlı təhqirlərinə lazımi cavab verəcək.”

VOİCEPRESS xəbər verir ki, millət vəkili Qənirə Paşayeva RLDP-nin sədri V. Jirinovskinin “Keçmiş Sovet Respublikalarının müstəqilliklərini “ləğv” edib Rusiya imperiyasının tərkibinə daxil etmək lazımdır və Azerbaycan adlı dovlətin əvəzinə Bakı quberniyası yaradılmalıdır” kimi bəyanatına şərh verib.

“Mənasız və qalmaqallı açıqlamaları,bəzən dediyi bir fikri bir müddət sonra təkzib etməsi ilə tanınan, Rus və SSRİ imperiyaları həsrəti ilə yaşayan Jirinovski yenə açıb ağzını və SSRİ-nin işğalından min-bir əziyyətlə xilas olub müstəqilliyini qazanan ölkələrə hucum edib.
Bu adam özünün uydurduğu xəyallarına özünü o qədər inandırıb ki hələ də anlamır ki məsələn Azərbaycan xalqı heç zaman onun ölkəmizlə bağlı Bakı quberniyası vəs. kimi arzularının reallaşmasına imkan verməz və verməyəcək.

Qazaxıstan yəqin ki onun qazax xalqı ilə bağlı təhqirlərinə lazımi cavab verəcək. Jirinoskinin keçmişi də, fəaliyyəti də hər kəsə bəllidir və ciddi qəbul ediləcək tərəfi yoxdur amma hər dəfə onun bu cür açıqlamalarından sonra insanı düşündürən önəmli sual budur. Özümü danışır yoxsa onu danışdırırlar… Əgər danışdırırlarsa düşündürücüdür…

Rusiyada onu tanıyan ziyalılarımızdan kimsə varsa ona söyləsin ki vaxtını ölkəsinin ciddi problemlərinin həllini düşünməyə həsr etsin! Bakı heç bir zaman heç kimsənin quberniyası olmayacaq. Hər zaman müstəqil Azərbaycan dövlətinin paytaxtı olacaq. Onun bu cür açıqlamaları isə şimal qonşumuzda bir çoxlarının ürəyindən keçən bu cür xəyallar barədə xalqımızın hər zaman daha çox məlumatlı olmasına və müstəqil dövlətimizə daha da çox sarılıb onun müstəqilliyi üçün çalışmamıza səbəb olur o qədər.”

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here