ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinə məktub göndərib.
VOİCEPRESS xəbər verir ki, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.
“Prezident Tramp Çin dövlətinin başçısı Si Cinpin ilə hər iki ölkənin maraqlarına uyğun konstruktiv əlaqələrin qurulmasına ümid bəsləyib”, məlumatda deyilir.
ABŞ prezidenti həmçinin Çin təqvimi ilə yeni ilin gəlişi münasibətilə Si Cinpini təbrik edib və Çin xalqına uğurlar arzulayıb.
VOİCEPRESS.AZ