Nyu-Yorkda bütün məktəblər bağlanıb

9 Fevral, 08:32

Bu gün ABŞ-ın Nyu-York şəhərinin məktəbləri ölkənin şimal-şərqində baş verəcəyi gözlənilən qar fırtınası səbəbindən işləməyəcək.

VOİCEPRESS bildirir ki, bu barədə şəhər rəhbərliyi qərar qəbul edib.
“Gözlənilən güclü qar yağması səbəbindən Nyu-Yorkda bütün məktəblər cümə axşamı bağlı olacaq”, – deyə şəhər meri Bill De Blazio bildirib.
Ölkənin meteoroloji xidmətləri ötən gün Nyu-York, Filadelfiya, Pittsburq, Boston və ABŞ-ın şərq sahilində yerləşən digər şəhərlərə fevralın 9-u axşam qar fırtınasının yaxınlaşacağını məlumat veriblər.
Yağıntıların sutka ərzində davam edəcəyi gözlənilir. “weather.com” portalının məlumatına görə, 30 santimetrə qədər qar yağa bilər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here