“Tehranla Bakı arasında münasibətləri pozmaq cəhdləri uğursuzluğa düçar olacaq”

6 Fevral, 19:45

Tehranla Bakı arasında münasibətləri pozmaq cəhdləri uğursuzluğa düçar olacaq.

VOİCEPRESS trend-ə istinadən bildirir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib.

İran XİN-də keçirilən həftəlik mətbuat konfransında çıxış edən B.Qasımi deyib ki, Qafqaz İran üçün “çox vacib və həssas” regiondur.

Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın İrana bir neçə gün əvvəlki səfərinə toxunan XİN rəsmisi İran-Ermənistan münasibətlərinin hər hansı bir üçüncü tərəfin maraqlarına toxunmadığını, İranın Azərbaycanla ənənəvi dostluq münasibətlərinə malik olduğunu vurğulayıb.

B.Qasımi İranla Azərbaycan arasındakı əlaqələrə xələl gətirməyə yönələn addımları pisləyərək, bu cür addımların iki ölkə arasında dərin dostluq münasibətlərinə ziyan vura bilməyəcəyini deyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here