İtalyanlar avrodan imtina etməyə hazırdırlar

16 Fevral, 15:11

İtaliya vətəndaşlarının təxminən yarısı avro pul vahidinin ölkələri üçün yaxşı heç nə vəd etmədiyini düşünür.

VOİCEPRESS report-a istinadən xəbər verir ki, avrodan imtina və Avropa İttifaqından (Aİ) ayrılma ideyası İtaliya iqtisadiyyatının həddindən artıq pis nəticələrlə üzləşməsinə səbəb ola bilər.

Agentlik belə olacağı təqdirdə İtaliyanın defoltla üzləşəcəyini, kredit reytinqinin təzyiq altına düşməsinə gətirib çıxaracağını düşünür. Belə ki, İtaliya Avropanın borc yükü ən yüksək olan ölkələrindən biridir. “Moody’s” İtaliyanın belə bir qərar alacağına az ehtimal versə də, risklərin olduğunu bildirir. Agentliyə görə, İtaliya avrodan imtina etsə, onun borcları yeni bir valyutaya konvertasiya ediləcək. Bu isə öz növbəsində İtalyan qiymətli kağızlarının sahibi olan investorlara zamanında ödəmə edilməsini və onların da bu vəsaiti avro və ya dollara konvertasiya etməsində çətinlik yaradaraq ölkənin defoltu kimi qiymətləndiriləcək.
Bununla yanaşı, italiya iqtisadiyyatının çöküşü avronun gələcəyi ilə bağlı şübhələri artıracaq. Bu isə Aİ-nin digər üzvlərinə də təsir edəcək.

VOİCEPRESS.AZ[/color]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here