Azərbaycan və Ermənistan dövlət sərhədində monitorinq baş tutub

16 Fevral, 15:09

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Tovuz rayonunun Koxanəbi kəndinin yaxınlığından keçən Azərbaycan və Ermənistanın dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə VOİCEPRESS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Piter Şvedberq keçiriblər.

Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov keçiriblər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here