Separatçıların musiqi qrupunun İranda çıxış etməsi araşdırılır- Mədəniyyət və Turizm Nazirliyi

7 Fevral, 13:24

“İşğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimin “Artsaxın səsi” adlı musiqi qrupunun İranda konsert proqramı ilə çıxış etməsi məsələsindən xəbərimiz var. Bu məsələni Mədəniyyət və Turizm Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə araşdırır”.

VOİCEPRESS-in xəbərinə görə, bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib. Nazirlik rəsmisi bildirib ki, araşdırmaların nəticəsi haqqında ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, İşğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimin “Artsaxın səsi” adlı musiqi qrupu İranda konsert proqramı ilə çıxış edəcək. Qrup bu il Rusiya, Argentina və Braziliyada da çıxış etmək üçün dəvət alıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here