Qənirə Paşayeva: “Şahin Mirzəyevin xəyanətinin arxasında dayanan maraqlar hamıya bəllidir…”

13 Fevral, 23:37

“Ermənistan və havadarları hər zaman Azərbaycanda millətlər arası qarışıqlıq salmaq istəyiblər amma alınmayıb”.

“Sığınacaq almaq üçün məhz Ermənistanı seçən Şahin Mirzəyevin xəyanətinin arxasında dayanan maraqlar hamıya bəllidir”.

VOİCEPRESS xəbər verir ki, bu sözləri Millət vəkili Qənirə Paşayeva deyib. Milliyətçə talış olan keçmiş Azərbaycan vətəndaşının ailəsiylə birgə Ermənistanda məskunlaşdırılması İrəvanın və havadarlarını təxribatçı planının bir hissəsidir: “İnsanlarımız ehtiyatlı olmalıdır. İşğalçı Ermənistanın və arxalarında dayanan daha böyük havadarlarının təxribatlarına heç bir insanımız aldanmamalıdır və sosial şəbəkələrdə ölkəmizə xəyanət edən Şahin Mirzəyev barəsində fikirlərini yazanda talışların ünvanına xoşagəlməz ifadələrə heç kəs yol verməməlidir! Talışlar bizim qardaşlarımızdır və biz eyni Vətənin övladlarıyıq. Bərabər sevincimizi də, acımızı da paylaşmışıq. Qarabağ uğrunda hamımız birlik olub torpaqlarımızın müdafiəsində iştirak etmişik, şəhid vermişik. Bu birlik düşmən Ermənistanı da başqa bəzi gücləri də narahat edir və inanın ki, onlar Ermənistandan sığınacaq alaraq Vətənə xəyanət edən bu adamı tapmaq üçün xeyli çalışıblar. Və onların bu məsələdə daha böyük plan və düşüncələrini görmək çətin deyil. Arzularını ürəklərində qoymalıyıq. Daha da böyük birlik olmalıyıq. Hər millətin yaxşıları olduğu kimi xəyanətkarları da olur bəzən”.

Qənirə xanım onu da qeyd edib ki, Talış kökənli bəzi dostlarla da danışdıq. O, qədər üzülmüşdülər ki, bu hadisəyə və Ermənistana sığınaraq Vətənə xəyanət edən o, adamın əməllərini pisləyirdilər. İnanıram ki, onlar bununla bağlı öz səslərini daha ucadan eşitdirəcəklər. Çünki Şahin Mirzəyev bu xəyanəti ilə bütün şəhidlərimizin, onların arasında talış qardaşlarımızın ruhunu incidib, onlara xəyanət edib və öz yalanları, böhtanları ilə bütün Azərbaycanlılara, Azərbaycana iftira atıb və xəyanət edib. Vətənə xəyanət edənləri isə heç bir zaman bağışlamaq olmaz. Azərbaycanda etnik kimliyindən və dini inancından asılı olmayaraq bütün insanlar birlikdə mehriban yaşayıb və ölkəmizdə heç bir zaman etnik və ya dini ayrıseçkilik olmayıb.
“Sığınacaq almaq üçün məhz Ermənistanı seçən Şahin Mirzəyevin xəyanətinin arxasında dayanan maraqlar hamıya bəllidir və dünyanın müxtəlif ölkələrində bundan istifadə edib ölkəmizə qarşı yalan məlumatların yayılmasına qarşı hamımız daha da çox mübarizə aparmalı, əsl multukulturalizm beşiyi olan ölkəmizdə bu istiqamətdə əldə olunan uğurları daha çox anlatmalıyıq”!

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here